Neymar mövsümün sonunda PSJ-də qala bilər. Matc.az xəbər verir ki, Paris klubu koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranı üzündən heç bir komandanın braziliyalını almaq üçün kifayət qədər vəsaitə sahib olmayacağına inanır.

Məlumata görə, "Barselona" futbolçunu mövsüm sonunda heyətinə qatmaq niyyətindədir. Komandanın kapitanı Lionel Messi Neymarın qayıtmasını istəyir.  Ancaq PSJ-nin hücumçu üçün tələb etdiyi məbləğ çox yüksəkdir.

Braziliyalı forvard Paris təmsilçisində illik 31,6 milyon avro qazanır. Kataloniya klubunun isə bu maaşı verə biləcəyi inandırıcı görünmür.

Qeyd edək ki, 2017-ci ilin yayında PSJ Neymar üçün "Barselona"ya 222 milyon avro ödəmişdi.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest