Almaniyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış 1-ci və 2-ci Bundesliqa may ayında bərpa oluna bilər. Matc.az xəbər verir ki, bunu Almaniya Klublar Birliyinin (DFL) prezidenti Kristian Seyfert açıqlayıb.
 
O, "New York Times" nəşrinə açıqlamasında bunları söyləyib:
 
"Hər iki çempionatda mövsümün bitməsinə 9 tur qalıb. Yarışları may ayında bərpa edə bilsək, iyunun sonuna qədər başa çatdırmağı planlaşdırırıq. Lakin oyunları keçirmək üçün hökumətlə görüşməli, razılıq əldə etməliyik. çünki indiki məqamda biz də üzərimizə düşəni etməli, hökumətə dəstək göstərməliyik".
 
DFL prezidenti mövsüm bərpa olunacağı halda, oyunların azarkeşsiz keçiriləcəyini də söyləyib: "Mövsüm ləğv olunsa, xüsusilə aşağı liqalardakı klublar iflas riskiylə üz-üzə qalacaqlar. Elə digər klublar da ciddi problemlərlə üzləşiblər. Bu üzdən də çempionatları başa vurmaq əsas məqsədimizdi. Amma oyunlar azarkeşsiz keçiriləcək. Mövsümün sonuna qədər belə olacağını düşünürük".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest