"Barselona"nın forvardı Luis Suares komandanın transfer siyasəti ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, uruqvaylı forvard Neymar və Lautaro Martinesin Kataloniya klubuna mümkün keçidini şərh edib:

"İndi bu oyunçular haqda bir şey söyləmək olmur. ümumiyyətlə, dünyadakı vəziyyəti nəzərə alsaq, belə mövzularda danışmaq çətindir. Əlbəttə, komandada güclü futbolçularla oynamaq istərdim. Neymar burada çox səmimi qarşılanacaq. çünki o, bizdə çıxış edib və əla işlər görüb. Lautaro Martinesə gəlincə, əla hücumçudur. İtaliyada yaxşı inkişaf etdi. Sevinirəm ki, "Barselona" yalnız heyəti gücləndirə biləcək oyunçular axtarışındadır".

Qeyd edək ki, Martines və Neymarın Kataloniya təmsilçisləri ilə danışqı apardıqları bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest