Rusiya Premyer Liqasında XV tura yekun vurulub. Matç.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Rostov" bu tur səfərdə "Zenit"lə qarşılaşıb.

Oyun Sankt-Peterburq təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Sebastian Dyurissi (12-ci dəqiqə) və Aleksandr Yeroxinin (63) qollarına mane ola bilməyən "Krasnodar" evə yenilgi ilə qayıdıb. Start heyətində meydana daxil olan Ayaz Quliyev son dəqiqələrdə komandasını azlıqda qoyub. Belə ki, əvvəlcə 35-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılan həmyerlimiz 81-ci dəqiqədə ikinci "sarı" ilə meydandan qovulub.

Qeyd edək ki, 15 turdan sonra "Zenit" turnir cədvəlinə başçılıq edirsə, aktivində 23 xal olan "Rostov" 5-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest