"Yuventus" Kristiano Ronaldonu komandada saxlayacaq. Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Bildirilir ki, rəhbərlik yayda bir neçə futbolçu ilə yolları ayıracaq. Ancaq bunların arasında portuqaliyalının adı yoxdur. Ronaldo heyətdə qalacaq. Turin təmsilçisi 35 yaşlı oyunçunun ximətindən razıdır.

Ancaq Daniel Ruqani və Miralem Pyaniçin göndəriləcəyi bildirilir. "Yuventus" yayda hər iki futbolçu üçün gələn təklifləri dəyərləndirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest