"Doğulandan futbol mənim mahiyyətimin bir hissəsi olub. Mən ilk xatirələrimdən futbolu sevmişəm. Həyətimizdə futbol oynayaraq böyümüşəm. 6 yaşımda 33 topum vardı. Çunki bu tək sevdiyim iş idi"

"Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silvanın müsahibəsi

- Futbola sevgin necə yarandı?

- Doğulandan futbol mənim mahiyyətimin bir hissəsi olub. Mən ilk xatirələrimdən futbolu sevmişəm. Həyətimizdə futbol oynayaraq böyümüşəm. 6 yaşımda 33 topum vardı. çunki bu tək sevdiyim iş idi

- Futbola həyatına necə başladın?

- 6 yaşımda öz şəhərimizdə məşqə başladım. 12 yaşımda evdən çıxdım və Braziliyanın ən böyük komandalarından biri olan "Atletico Paranense"də oynamaq üçün Kuritibaya köçdüm.

- Əgər futbolçu olmasaydın, hansı peşəni seçərdin?

- Gənc vaxtları biznes sahəsində çox inkişaf etmişdim. Bu, futboldan başqa ən çox sevdiyim sahədir.

- Futbolçular adətən kasıb ailələrdən çıxır. Bəs sənin ailən?

- Mən kasıb ailədən deyildim. Məktəbdə oxuyanda atam hər şeyini itirdi. Artıq 17 yaşımda ailəm üçün əsas təminatçı mən idim.

- Uşaqlıqda idealınız kim idi?

- Braziliyadan olan məşhur qapıçı Rojerio Seni

- Mətbəximizi bəyənirsən?

- çox sevirəm! Ən çox bəyəndiyim şeylər: pomidor ilə yumurta, qoz-fındıq ilə toyuq və nar ilə quzu ətidir. Qaymaq və bal ilə bir sos var, onu da sevirəm

Bunlar Braziliya mətbəxini sənə unutdururmu?

- Əslində fərqli mətbəxləri sınamağı sevirəm. Braziliya yeməkləri istəyəndə həyat yoldaşım evdə hazırlayır.

- ölkəmizdə ən çox nəyi sevirsən?

- Yalnız bir şey demək çətindir, amma burada inanılmaz və həqiqi insanlarla tanış oldum

- Daha çox İslam ənənələrinə sahib bir ölkədə yaşamaq necədir?

- Məni burada çox yaxşı qarşıladılar. Bütün mədəniyyətlərə və dinlərə hörmət edirəm və yaşadığım yerdən bunları öyrənməyə çalışıram.

- Burada İslam dinini daha yaxından tanıya bildinmi?

- Bəli, əlbəttə.

- Müsbət və ya mənfi?

- Əlbəttə, fikirlərim müsbətdir

- Pulunuzun çox hissəsini nəyə xərcləyirsiniz?

- Qızlarım məktəbinə

- Allah qorusun!

- çox sağ olun

- Yerli futbolçulardan ən yaxın dostun kimdir?

- Bütün oyunçularla bir araya gəlirəm. Bilirəm ki, futbolda bu çox çətindir, çünki çoxları insanın statusu ilə maraqlanır. Ancaq insanları insan kimi görürəm, nəinki oyunçu. Buna görə hamısına bərabər hörmət edirəm.

- Yerli oyunçulardan ən istedadlısı kimdir?

- Onların hər birinin klubda dəyərləri və fərqli xüsusiyyətləri var. Buna görə mənim üçün yalnız birini söyləmək mümkün deyil

- Bəs digər klublarda çıxış edən yerlilərdən?

- Düzünü desəm, klublara bir qrup kimi baxıram və buna görə, kimisə ayrıca deməyim çətindir

- "Qarabağ" sizə nə verdi?

- Dostlar, fərqli bir mədəniyyət və fərqli bir şəkildə futbolu görmək şansı. Düşünürəm ki, həyatda olduğu kimi, futbolda da həmişə yaxşı və pis təcrübələrdən dərs almalıyıq.

- "Qarabağ"ı fərqləndirən nələrdi?

- Fantastik sistemə sahibdir. Müqavilə əsasında danışılmış bütün razılaşmalara əməl edirlər. Rəhbərlər daim sözlərini tuturlar. Mən bunu çox təqdir edirəm.

- Qurban Qurbanov adı sizə nə deyir?

- O bizim məşqçimizdir. Ona hörmət edirəm. "Qarabağ"da gözəl bir hekayəsi var. ümid edirəm ki, bundan sonra da uğurlu olacaq.

- Bəs "İmarət"?

- Azarkeşlərin dəstəyini hiss etmək həmişə yaxşıdır. Onlar əladır!

- Hansı sual xoşunuza gəldi?

- Fərqləndirməzdim. Hamısı möhtəşəm suallar idi. (sportinfo)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest