A Seriyası təmsilçiləri bir aydan sonra məşqləri bərpa edə bilər. Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, İtaliya klubları mayın 4-də məşqləri davam etdirməyi planlaşdırır. A Seriyasının başlanma tarixi isə mayın axırı-iyunun əvvəli kimi göstərilib.
çempionatın iyulun axırında başa çatacağı qeyd edilib.