"Oyunçular fərdi şəkildə hazırlıqlarını davam etdirirlər. Lap onlayn məşq keçsək də, meydandakı keyfiyyəti verməyəcək. Futbolçu qaçmalı, daim topla olmalıdır. Evdə isə bunlar mümkün deyil, futbol terminlərini ilə məşğul ola bilməyəcəklər. Ancaq yenə də futbolçulardan nə bacarırlarsa, etmələrini tələb etmişik".

Bu sözləri matc.az saytına  "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. 39 yaşlı mütəxəssis çempionatın bərpa olunmasından sonra müəyyən çətinliklər çəkəcəklərini bildirib:

"Açığı, hazırda liqanın bərpasını istəyirik. Düzdür, bəzi çətinliklər olacaq. Amma hamı eyni durumdadır. Yenə də təki çempionat başlasın, hər şey normala dönsün, biz bunun öhdəsindən gələrik. Hazırlanmaq, formaya düşmək mümkünsüz bir şey deyil. Biz Premyer Liqanın davam etməsini istəyirik. Bəli, hazırda sonuncu yerdəyik. Ancaq hələ qarşıda oyunlar var. Vəziyyət dəyişə də bilər".

Baxşıyev koronavirusla necə mübarizə aparmasından da danışıb: "Deyilənlərə qulaq asırıq. Ancaq evdə oluruq. Bəli, maskadan, spirtdən istifadə etmək lazım olsa da, evdə bunlara ehtiyac yoxdur".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest