Premyer Liqa rəhbərliyi çempionatın ləğv edildiyini açıqlayacaq. Matc.az xəbər verir ki, bu barədə “Udineze”nin idman direktoru Perpaolo Marino açıqlama verib.  

Klub rəsmisi koronavirus epidemiyasının sürətlə yayılmağa davam etdiyini və hazırda durumun çox pis olduğunu vurğulayıb: “UEFA  Belçikanı liqanı yekunlamaqda tənqid etsə də, onlar doğru qərar verdilər. İngiltərə Premyer Liqası da bənzər  bir açıqlama verməyə hazırlaşır. Vəziyyət getdikcə ağırlaşır. Koronavirusdan sonra futboldan əvvəlki zövqü ala biləcəyimizi düşünmürəm. Açığı, mən bu mövsümdən yox, gələn illərdən də narahatam”.

Xatırladaq ki, “Udineze” və İngiltərə klubu “Uotford”un sahibi  italyalı iş adamı Qiampaolo Pozzodur.

Aprelin 3-də Premyer Liqa təmsilçiləri videokonfrans keçirərək çempionatın taleyini müzakirə etmişdilər. Ancaq iclasda liqanın mayda bərpasının da mümkün olmayacağı bildirildi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest