Futzal üzrə Azərbaycan çempionu "Araz" bu gün növbəti avrokubok matçına çıxıb. Matç.az saytı xəbər verir ki, Naxçıvan klubu çempionlar Liqasının əsas mərhələsinin son turunda Slovakiya "Luçeneç"i ilə qarşılaşıb.

İlk iki qarşılaşmada cəmi 1 xal toplayan "Araz" üçün son görüş formal xarakter daşıyırdı. çünki təmsilçimizin elit-raunda vəsiqə şansı qalmamışdı. Təmsilçimiz görüşə sürətli başlamasına və ardıcıl 2 qol vurmasına baxmayaraq, sonda böyükhesablı məğlubiyyətə düçar olub.

Bununla da Azərbaycan çempionu qrupu 3-cü pillədə tamamlayıb. Digər oyunda "Valletta"nı 5:0 hesabı ilə məğlub edən "Vitis" elit-raunda vəsiqə qazanıb.


Qeyd edək ki, "Araz" ilk iki turda "Vitis"ə (0:1) məğlub olub, "Valletta" ilə (1:1) heç-heçə edib.

 

Futzal üzrə çempionlar Liqası

Əsas mərhələ, 8-ci qrup

III tur, 6 oktyabr

"Araz" (Azərbaycan) – "Luçeneç" (Slovakiya) - 2:5

QOLLAR: Nihad İsmayılov, 4,09; Ramiz çovdarov, 5,02

Luçeneç. Hakimlər: Sven Eyxler (Almaniya), David Şerli (İsveçrə), Kamil çətin (Türkiyə)

"Araz": 12. Rövşən Hüseynli (q), 7. Ramiz çovdarov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 18. Adil İsmayılov, 20. Kənan Manafov

Baş məşqçi: Joze Alesio Da Silva

"Luçeneç": 1. Oberman Riçard (q), 6. Atilla Fehervari (k), 10. Ribeiro Matheus Ferreira, 13. Anton Brunovsky, 14. Sobral Filho Rikardo Kamara, 19. Mikus Peter (q), 9. Peter Petik, 12. Koçis Peter,15. Gresko Robert, 17. Kuhajdik Juraj, 18. Hricov Adrian, 20. Klema Erik (q)

Baş məşqçi: Marian Berki

1

Vitis

3

3

0

0

9-2

9

2

Luçeneç

3

2

0

1

11-8

6

3

Araz

3

0

1

2

3-7

1

4

Valletta

3

0

1

2

4-10

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest