"Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyxel Premyer Liqanın taleyi barədə danışıb. Matc.az xəbər verir ki, o, çempionat tamamlanmadan qalibin elan olunmasını yalnış hesab edir:

"Liverpul" üçün üzücü bir vəziyyətdir. Ancaq qalib ola bilməniz üçün liqanı bitirməlisiniz. Məncə, "qırmızılar" çempion sayılmamalıdır. Düşünürəm ki, onlar da belə çempionluğu qəbul etməzlər".

Qeyd edək ki, "Liverpul" ikinci yerdəki "Mançester Siti"ni 25 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest