"Liverpul" "Mançester Siti"nin üzvü Rahim Sterlinqi transfer etməyəcək. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Sterlinq bu yaxınlarda "Liverpul"u çox sevdiyini açıqlamışdı. Bundan sonra isə "qırmızılar"ın futbolçunu yenidən komandaya qaytaracağı yönündə xəbərlər var idi. Ancaq klub rəhbərliyi 25 yaşlı oyunçunu transfer etməyəcəyini bildirib. Buna səbəb isə oyunçunun 2015-ci ildə komandadan qalmaqallı şəkildə ayrılması olub.

Qeyd edək ki, "şəhərlilər" Sterlinqi 63,7 milyon avroya almışdı. Onun komandası ilə müqaviləsi 2022-23-cü ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest