İngiltərə Premyer Liqası klubları koronavirus pandemiyasının maddi təsirini azaltmaq üçün məvaciblərin azaldılmasını müzakirə edir.
 
Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın 20 klubunun baş məşqçiləri və kapitanları arasında video-konfrans keçirilib.
 
Klublar arasında məvaciblərin 30 faiz azaldılması müzakirə olunub. Baş məşqçilərin əksəriyyətinin bu azalmaya razı olduğu bildirilir.
 
Futbolçuların isə məvacib azalmasına razı olmadıqları, amma müzakirələrin davam etdiyi qeyd olunur.
 
Qeyd edək ki, artıq “Vest Hem”in baş məşqçisi David Moyes, “Bornmut”u çalışdıran Eddi Hau və onların “Brayton”lu həmkarı Qraham Potterin maaşı azaldılıb. Bundan başqa, “Liverpul”un baş məşqçisi Yurgen Klopp da məvacibinin azaldılmasını təklif edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest