“Liverpul”un müdafiəçisi Vircil Van Dayk İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, niderlandlı futbolçu karyerasının sonuna qədər “qırmızılar”da qalmaq istədiyini bildirib:

“Liverpul”un əfsanəsi olmaq istəyirəm. Burada heyrətamiz uğurlara nail olmaq niyyətindəyəm. Böyük bir komandamız var, heç kimə ehtiyacımız yoxdur. Mübarizəni davam etdirmək üçün lazım olan hər şeyə sahibik. Bizim üçün vacib olan qələbələr gətirən oyun tərzi və möhtəşəm azarkeşdir. Klubun əfsanələri ilə tanış olanda özümü bu ailənin bir hissəsi kimi hiss edirəm. Mən də karyeramı bitirdikdən sonra “Enfild”ə bu cür gəlmək istəyirəm”

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest