"İlk hissə mənim üçün şok idi. Çünki bütün komanda olaraq oyundan qopmalar, bir az anarxiya vardı. Özümüz də tərəddüd içərisində idim ki, kimə nə deyim. Səbirsizliklə fasiləni gözləyirdim ki, uşaqları ayıldaq. İkinci hissədə nəzarəti ələ ala bildik. Bu fasilələrlə bizə uğur gətirdi"

"İlk hissədə rəqibdən gözləmədiyimiz oyunla üzləşdik. Ancaq bu, bizə bəraət qazandırmır. Futbolçularımız bir az təşvişə düşdülər, oyunumuzdan qopduq. Ancaq ikinci hissədə qol vurmağı bacardıq". Matç.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"a evdə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

39 yaşlı mütəxəssis Ayxan Abbasovun "Sumqayıt"da debütünə işarə edərək bildirib ki, bir komandada baş məşqçi dəyişikliyi varsa, 90 faiz müsbət olur: "çünki futbolçularda canlanma yaranır. "Sumqayıt"da da bu olmuşdu və bizə sərf etmirdi. Bunun nəticəsini ilk hissədə gördük. Ancaq bunun altından çıxa bildik. Futboçularıma dedim ki, ilk hissəni yaddan çıxarın. Bizə dərs olsun, bunun da yükünü daşımağı bacarmalıyıq".

- İlk hissədə siz də sakit idiniz. Bəlkə də komanda ona görə oynamırdı. Ancaq fasilədə tam fərqli mənzərə oldu, komanda oynadı və qalib gəldi...

- İlk hissə mənim üçün şok idi. çünki bütün komanda olaraq oyundan qopmalar, bir az anarxiya vardı. özümüz də tərəddüd içərisində idim ki, kimə nə deyim. Səbirsizliklə fasiləni gözləyirdim ki, uşaqları ayıldaq. İkinci hissədə nəzarəti ələ ala bildik. Bu fasilələrlə bizə uğur gətirdi.

- Deyəsən, məşqlərdə etdikləriniz bu gün alındı. Xüsusilə Bilal Hamdinin cinah ötürmələri zamanı...

- Dünən məşqdə bunun üzərində işləmişdik. Tapşırıqlarımızı etdilər, ancaq ilk hissədə bunu edə bilmədilər. Fasiləyədək meydanda 6 yarımmüdafiəçi vardı. Ancaq ikinci hissədə fikirləşdim ki, nəsə dəyişər. Kamal Mirzəyev təmiz oyundan çıxmışdı. Məcbur olduq, əvəzləməyə əl atdıq.

- Köməkçiləriniz bir-bir qovulur. Belə gedişlə növbəti turda sizin növbəniz olacaq... 

- Vəfadar Quliyev də keçən dəfə heç nədən, gözlənilmədən qovuldu.

- Bəlkə köməkçilər sizi qoruyur? çünki adətən, özünüz aqressiv həərəkətə görə texniki zonadan uzaqlaşdırılırsınız...

- Siz artıq mənə qarğış edirsiniz. Arzunuz, niyyətiniz özünüzdə qalsın. Olur belə şeylər. Bu da futbola bir gözəllik qatır.

(sportnet.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest