Bu gün Tacikistanda yeni futbol mövsümünə start verilib. Matc.az xəbər verir ki, 2019/20 mövsümünün açılışı ölkə super kubokuna təsadüf edib.
 
Belə ki, həlledici matçda "İstiklol"la "Xudjand" üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn "İstiklol" fəxri mükafatın sahibi olub.
 
Düşənbə təmsilçisi tarixində doqquzuncu dəfə super kubokun qalibi adını qazanıb. Sözügedən komanda 2010, 2011, 2012, 2014, 2015, 2016, 2018 və 2019 illərdə də sözügedən turnirdə qalib olmuşdu.
 
Xatırladaq ki, Tacikistanda koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb. Buna baxmayaraq, oyun boş tribunalar önündə keçirilib.
 
Sabahdan etibarən isə Tacikistan çempionatında 2019/20 mövsümünün ilk turuna start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest