"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo karyerasını Premyer Liqada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Çelsi" 27 yaşlı braziliyalı ilə danışıqlara başlayıb. Koutinyo icarə əsasında “Bavariya”da çıxış edir. Futbolçu müqavilə ilə “Barselona”ya məxsusdur. Münhen təmsilçisi oyunçunu transfer etməyəcəyini açıqlayıb. Kataloniya klubu isə Koutinyonu satmaq istəyir.

Braziliyalı yarımmüdafiəçinin Premyer Liqaya qayıdacağı gözlənilir. Daha öncə “Arsenal” və “Tottenhem”in də onunla maraqlandığı bildirilirdi. Ancaq “Çelsi”nin Koutinyo ilə danışıqlara başladığı qeyd edilib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest