"İlk hissədə sürətli oyunun şahidi olduq. Hər iki komanda aktiv idi". Matç.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Avtandil Hacıyev deyib.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XII turunda öz meydanında "Neftçi"yə məğlub olub.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: "Ən az 4-5 qol epizodu yaratdıq, ancaq ani səhvlərdən qapımızda qol gördük. İkinci hissədə daha aktiv olmalı idik. Ancaq hissə başlayan kimi qapımıza penalti təyin olundu. Rəqib hesabı artırandan sonra futbolçularım həvəsdən düşdülər. Rəqibi təbrik edirəm".

- Hakim idarəçiliyi sizi razı saldı?

- Futbolçularımdan razı qaldım. Xeyli qol epizodumuz oldu. Hakimlər barədə isti-isti danışmaq istəmirəm. Rauf özü də penalti təyin etməkdə qərarsız qalmışdı. Hakimlər də, biz də oyunu təhlil edəcəyik.

- Yan xətt hakimi penalti epizodu zamanı baş hakim Rauf Cabbarovu dəfələrlə çağırsa da, buna məhəl qoymadı. Bu barədə nə demək istəyirsiniz?

- Bu haqda mənə də məlumat verdilər. Olduqca diqqətli olmaq lazımdır. çünki futbolçular meydanda əziyyət çəkirlər. Səhvlərdən qaçmaq olmur. İsti-isti danışmaq istəmirəm, lakin səhvlər az olsa, daha yaxşı olar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest