"Real" hücumçu Luka Yoviçin transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mənbənin sözlərinə görə, baş məşqçi Zidan 22 yaşlı futbolçunun xidmətindən razı deyil. Buna görə klub rəhbərliyi oyunçu ilə vidalaşacaq.

Yoviç mövsümün əvvəlində 60 milyon avro qarşılığında "Ayntraxt"dan transfer olunmuşdu. Onun "Real"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bu mövsüm komandası ilə 15 matçda iştirak edən futbolçu 2 qol vurub və bir assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest