Koronavirus üzündən təxirə salınan La Liqanın gələcəyi müzakirə edilir. Matc.az xəbər verir ki, məsələ ilə bağlı çempionatı yayımlayan telekanalın rəsmisi Xaym Romes görüşlərin azarkeşsiz keçiriləcə biləcəyini söyləyib:

"La Liqaya iyunda başlaya bilərik. Ancaq yenə də bəzi şeyləri nəzərə almalıyıq. Məsələn, iyunda hansısa futbolçuda koronavirus aşkarlanarsa, liqa ilə vidalaşacağıq. Əgər çempionat bərpa olunarsa, görüşlər azarkeşsiz keçiriləcək. Qalan 11 qarşılaşmanı  iki aya oynatmaqda çətinlik çəkmərik. Əgər liqa tamamlanmasa, klublar 700 milyon avro itirəcək. Bu, La Liqa təmsilçiləri üçün daha böyük zərbə ola bilər. Mövsümü bitirə bilməsək, işimiz daha çətin olacaq".

Qeyd edək ki, La Liqada turnir cədvəlinə  "Barselona"  başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest