UEFA bu gün 55 ölkənin nümayəndəsi ilə videokonfrans keçirəcək. Matc.az xəbər verir ki, iclasda koronavirus üzündən təxirə gedən milli liqaların taleyinə aydınlıq gələ bilər.

Məlumata görə, qrum federasiya rəsmilərinə bir neçə təklif hazırlayıb. Epidemiyanın kəskin yayıldığı ölkələrdə liqanın sentyabra qədər bitirilməsinə icazə veriləcək. Bununla yanaşı, həmin ayda bitəcək çempionatlardan avrokuboklara vəsiqə qazanan komandalara müəyyən güzəştlər edilə bilər. Belə ki, klubların son illərdəki göstəriciləri nəzərə alınacaq. Onların birbaşa qruplara və ya cəmi bir oyunluq təsnifat mərhələsi oynaması müzakirə ediləcək.

UEFA eyni zamanda çempionatların iyunda başladılmasını təklif edəcək. Turnirlərin avqustun əvvəlinə qədər bitirilməsi istəniləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest