Məlumata görə, 31 yaşlı oyunçu ilə “Beşiktaş” maraqlanır. İstanbul təmsilçisi mövsümün əvvəlində Şehiçi almaq istəsə də, təcrübəli əlcək sahibi ehtiyatda qalmaq istəmədiyi üçün təklifi qəbul etməyib.

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç “Beşiktaş”ın hədəfindədir. Matc.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Qəzet bu mövsüm Türkiyə  birinci liqasında çıxış edən ən yaxşı oyunçuların adlarını açıqlayıb. Siyahıda “Qarabağ”ın sabiq oyunçusu İbrahim Şehiçin də adı var. “Erzurumspor”da çıxış edən bosniyalı futbolçu bu mövsüm göstərdiyi performansla diqqətləri üzərinə çəkib.

Məlumata görə, 31 yaşlı oyunçu ilə “Beşiktaş” maraqlanır. İstanbul təmsilçisi mövsümün əvvəlində Şehiçi almaq istəsə də, təcrübəli əlcək sahibi ehtiyatda qalmaq istəmədiyi üçün təklifi qəbul etməyib. Ancaq “qara qartal” mövsüm sonu komandanın əsas qapıçısı Loris Kariusla yolları ayıracaq. Almaniyalı qolkiperin yerinə isə İbrahim Şehiçin düşünüldüyü qeyd edilib.

Qeyd edək ki, bosniyalı oyunçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest