Fransanın "Olimpik" (Marsel) klubunun sabiq prezidenti Pap Diuf koronavirusdan ölüb.
 
Matc.az xarici KİV-lərə istinadən xəbər verir ki, pandemiyaya yoluxan 68 yaşlı sabiq rəhbərin həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Diuf 2005-2009-cu illər aralığında Marsel klubunun prezidenti olub.
 
Xatırladaq ki, bundan əvvəl "Vitess"in sabiq prezidenti Kes Bekker və "Real"ın sabiq rəhbəri Lorenso Sans koronavirusudan dünyasını dəyişmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest