Niderlandın "Ayaks" klubu uzun müddət komada qalan futbolçusu ilə müqaviləni ləğv edib.
 
Matc.az "De Telegraaf"a istinadən xəbər verir ki, klub Abdelhaq Nuri ilə yollarını ayırıb. Klubun koronavirus pandemiyası səbəbiylə yaranan böhranla bağlı bu addımı atdığı bildirilib.
 
"Ayaks" iyulun əvvəlinə, müqaviləsi başa çatana qədər futbolçuya məvacibini ödəməkdə davam edəcək.
 
Nurinin 2017-ci ilin iyulunda, "Verder"lə keçirilən yoxlama oyununda ürəyi dayanmış və o, uzun müddət komada qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest