Vüqar Əsgərlinin kollektivi rəqiblə Antalya şəhərində yerləşən Arslan Zəki Dəmirçi kompleksində üz-üzə gəlib. İlk oyunda Kipri darmadağın edən (9:0) isveçrəlilər yenə meydanı qalib tərk ediblər.

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununa çıxıb. Matç.az saytı xəbər verir ki, yığmamız seçmə qrup mərhələsinin II turunda İsveçrə ilə qarşılaşıb.

Vüqar Əsgərlinin kollektivi rəqiblə Antalya şəhərində yerləşən Arslan Zəki Dəmirçi kompleksində üz-üzə gəlib. İlk oyunda Kipri darmadağın edən (9:0) isveçrəlilər yenə meydanı qalib tərk ediblər. Yığmamız rəqibin 3 qoluna qarşılıq verə bilməyib və növbəti dəfə meydanı məğlub tərk edib.

Qeyd edək ki, ilk oyununda Türkiyəyə 0:2 hesabı ilə yenilən komandamız qrupda son görüşünü oktyabrın 9-da Kiprə qarşı keçirəcək.

 

19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi
II qrup, II tur
6 oktyabr

İsveçrə (U-19) - Azərbaycan (U-19) - 3:0

QOLLAR: Stefanie Veber, 50, 69 (pen.), 90

Hakimlər: Lois Otte, Jolin Delkroys (hər ikisi Belçika), Sədəf Aktan, Qamze Durmuş (hər ikisi Türkiyə)
Antalya. Arslan Zəki Dəmirçi Kompleksi

1.

İsveçrə

2

2

0

0

12-0

6

2.

Türkiyə

1

1

0

0

2-0

3

3.

Azərbaycan

2

0

0

2

0-5

0

4.

Kipr

1

0

0

1

0-9

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest