Bildirilir ki, turunir cədvəlinin son sırasında yer alan bu komandalar çempionatın yenidən keçirilməsini istəyir. Premyer Liqanın ləğv edilməsi halında yayım hüququna sahib kanallar pullarını geri istəyəcəklər. Əgər mövsüm ləğv edilərsə, klublar təxminən 1,2 milyard funt sterlinq itərə bilər

İngiltərə Premyer Liqasının 4 klubu 2019/20 mövsümünün ləğv edilməsini tələb edib. Matc.az xəbər verir ki, bu barədə "The İndependent" məlumat yayıb.

Bildirilir ki, turunir cədvəlinin son sırasında yer alan bu komandalar çempionatın yenidən keçirilməsini istəyir. Premyer Liqanın ləğv edilməsi halında yayım hüququna sahib kanallar pullarını geri istəyəcəklər. Əgər mövsüm ləğv edilərsə, klublar təxminən 1,2 milyard funt sterlinq itərə bilər.

Bu səbəbdən bir çox komanda mövsümün tamamlanmasını tələb edir. Ancaq 4 klub çempionatın ləğv edilməsinə müsbət yanaşır. çünki onlar Premyer Liqanı tərk edərsə, daha çox zərər edəcəkləri bildirilir.

Mövsüm ləğv edilməsinə İngiltərə Futbol Assosiasiyası qərar verə bilər. Belə bir qərarı vermək üçün isə çempionatda çıxış edən 20 komandanın 14-nün razılığı olunmalıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest