"Mançester Siti" "Real"ın yarımmüdafiəçisi İskonu istəyir. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, İngiltərə təmsilçisi futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. Baş məşqçi Pep Qvardiola oyunçunu komandasında görmək istəyir. İskonun da "Real"dan ayrılmaq istədiyi qeyd edilir. Ancaq futbolçu UEFA-nın "Mançester Siti"yə verdiyi cəzaya görə İngiltərəyə yollanmaqda tərəddüd edir.

Qeyd edək ki, İsko cari mövsüm komandası ilə 22 oyun keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest