"Azərbaycanda bir müddətdir ki, çempionat dayandırılıb. Mayın sonuna qədər oynamağın təhlükəsiz olmayacağına dair məlumat aldıq. Bir neçə gün əvvələ qədər hər şey normal idi.  Kafe və restoranlar  saat 15:00-a qədər işləyirdi. Hazırda isə yalnız market və apteklər açıqdır"

Matc.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiçin köməkçisi Marko Lozo Xorvatiya mətbuatına müsahibəsində deyib. O, "Sabah"da işləmədən öncə Azərbaycan futbolu haqda çox şey bilmədiyini söyləyib:

"Açığı, yaxşı mənada təəccübləndiyimi söyləyə bilərəm. "Neftçi" və "Qarabağ" keyfiyyət baxımından fərqlidir. Digər klublar isə eyni səviyyədədir. Liqada 8 komanda var, amma növbəti mövsüm 10 olacaq. Turnir cədvəlindəki vəziyyətdən çox məmnun deyilik. Məqsədimiz mövsümü üçüncü sırada bitirməkdir. Jelko və mənə burada bir şey etmək üçün vaxt lazımdır. Buna görə səbrli olmalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest