Dünyada geniş yayılan koronavirus pandemiyası futboldan da yan keçməyib.
 
Matc.az xəbər verir ki, hazırda Avropanın TOP-5 liqasında dayandırılan futbol mövsümü bərpa olunmazsa, futbolçuların transfer dəyərləri də aşağı düşəcək. Bununla bağlı Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) araşdırma aparıb.
 
Belə ki, koronavirus pandemiyası səbəbiylə mövsüm bərpa olunmazsa, transfer dəyəri ən çox azalan klub "Marsel" olacaq. Hazırda futbolçularının dəyəri 256 milyon avro olan "Marsel"də, pandemiya səbəbindən bu rəqəm 159-a düşə bilər.
 
Koronavirus pandemiyası Avropanın TOP-5 liqalarındakı bütün futbolçuların ümumi dəyərinin 28 faiz azalmasına gətirib çıxara bilər. Belə ki, TOP-5-dəki futbolçuların dəyəri 32,7 milyarddan 23,4 milyarda düşə bilər.
 
"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın həm zədəsi, həm də koronavirus pandemiyası səbəbiylə transfer dəyəri 65 milyon avrodan 35 milyon avroya düşə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest