İngiltərənin "Mançester Siti" futbol komandasının "Etihad" stadionu koronavirusla mübarizə üçün istifadə olunacaq.
 
Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, klub İngiltərənin Milli Səhiyyə Xidmətinə arenadan istifadəni təklif edib. Qurum Mançester təmsilçisinin təklifini qəbul edib. Bu həftədən həkimlər və tibb bacıları pandemiyanın qarşısının alınması üçün bir sıra tədbirləri məhz stadionda həyata keçirəcəklər.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirusa görə dayandırılıb. Əvvəlcə mövsümün aprelin 3-də bərpa olunacağı açıqlansa da, müddət aprelin 30-dək uzadılıb. 29 turdan sonra "Liverpul" 82 xalla liderdir və ən yaxşı izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest