"Barselona"nın hücumçusu Antuan Qrizmann komandada 7 nömrəli formada çıxış etmək istədiyini bildirib. Matc.az xəbər verir ki, futbolçu "Atletiko" və Fransa millisində də eyni nömrəli forma ilə mübarizə aparıb.

Klub rəhbərliyinin Qrizmanna bu nömrəni verməməsi fərqli iddiaları ortaya atıb. Belə ki, mətbuat buna səbəb kimi Filipp Koutinyonun komandaya qayıdacağını bildirib.

Kataloniya klubunda sonuncu dəfə "yeddi"ni braziliyalı geyinib. Qrizmann isə hazırda 17 nömrəli forma ilə çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest