Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulub. Matç.az saytının məlumatına görə, hər iki qarşılaşma Bakıda baş tutub.

Əvvəlcə meydana lider "Neftçi" çıxıb. "Ağ-qaralar" "Səbail"ə qonaq olublar. Nominal qonaqlar qalib gələrək bir gün öncə "Qarabağ"ın da xal itirməsi ilə liderliyini möhkəmləndirib.

Tura "Zirə" və "Sumqayıt" arasında görüşlə yekun vurulub. Bu matç baş məşqçilər üçün önəm kəsb edib. Ayxan Abbasovun "Sumqayıt"dakı debütü sabiq komandasına qarşı olub. Onun rəqibini isə meydana "Zirə"dəki xələfi Samir Abasov çıxarıb. ötən mövsüm çalışdırdıqları komandaları dəyişən məşqçilər ilk dəfə yeni postlarında üz-üzə gəliblər. Oyunu isə "Zirə" qazanıb - 3:1.

Topaz Premyer Liqası
XII tur

25 noyabr (bazar)

 

"Zirə" – "Sumqayıt" - 3:1

Qollar: Dedov, 37, 75, Bilal Həmdi, 90+4 - Əfran İsmayılov, 45+1

Dalğa Arena. Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov

"Zirə": 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 17. Vüsal İsgəndərli, 26. Miloş Radivoyeviç, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 10. Sadio Tounkara, 16. İbrahim Aslanlı, 77. Mirsahib Abbasov, 4. Müşfiq İlyasov, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 27. Adrian Skarlatake

Baş məşqçi: Samir Abasov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev

Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 2. Rail Məlikov, 8. Orxan Əliyev, 11. Atilla Yıldırım
17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 60. Elvin Məmmədov, 70. ülvi İsgəndərov, 77. Murad Xaçayev

Baş məşqçi: Ayxan Abbasov

 

"Səbail" – "Neftçi" - 0:2

Qırmızı vərəqə: Tome Kitanovski, 90 ("Səbail")

Qollar: Dabo, 41, Emin Mahmudov, 53 (pen.)
Bayıl Arena. Hakimlər: Rauf Cabarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov

"Səbail": 1. Emil Balayev, 4. Enrike Perilyo, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

"Neftçi": 1. Səlahət Ağayev, 28. Slavko Braliç, 18. Tural Axundov, 5. Anton Krivotsyuk, 26. ömər Buludov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 73. Nail Alışov, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 11. Kvame Karikari

Baş məşqçi: Roberto Bordin

 

Turnir cədvəli

1

Neftçi

12

9

2

1

24-9

29

2

Qarabağ

12

7

3

2

21-13

24

3

Səbail

12

6

2

4

16-13

20

4

Sabah

12

5

2

5

10-16

17

5

Qəbələ

12

4

3

5

17-18

15

6

Sumqayıt

12

3

2

7

12-20

11

7

Keşlə

12

2

3

7

13-17

9

8

Zirə

12

2

3

7

12-18

9

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest