Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı bəlli olub. Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı açıqlama yayıb.

Koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan yarış iyulun 23-də start götürəcək. Yaponiya paytaxtındakı Olimpiada avqustun 8-dək davam edəcək.

Qeyd edək ki, Tokio-2020-nin iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest