"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanadan buraxılıb. Matc.az xəbər verir ki, həkimlər koronavirusa yoluxan təcrübəli mütəxəssisin evə buraxılmasına icazə veriblər.

Terimin koronavirusla bağlı testin nəticəsi hələ də müsbət çıxıb. Lakin müayinənin evdə davam etdirilməsi qərar verilib. Həkimlər onun evə buraxılmasına baxmayaraq, karantin rejimindən çıxmayacağını vurğulayıblar.

Qeyd edək ki, koronavirusa yoluxan "Qalatasaray"ın vitse-prezidenti Yusuf Günay da evə göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest