İspaniyanın "Real" klubu koronavirus pandemiyası səbəbiylə yaranan maddi durğunluğa baxmayaraq, futbolçuların məvacibini azaltmayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 
 
"Kral klubu"nun əməkdaşlarının məvacibində dəyişiklik etmək fikrində olmadığı və bu vəziyyətin öhdəsindən gələcəyinə inandığı bildirilib. Bundan başqa, klub pandemiya səbəbiylə dayandırılan çempionatın davam edəcəyinə və bununla da, itkilərinin nisbətən azalacağına ümid edir.
 
"Real" əsas komandasının futbolçularının məvacibi üçün illik təxmini 283 milyon avro xərcləyir. "Barselona"da isə bu rəqəm 427 milyon avrodur.
 
"Barselona" isə bir neçə gün əvvəl əməkdaşlarının məvacibini azaldacağını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest