Portuqaliyada aşağı yaş qruplarına aid bütün futbol liqalarında mövsüm birdəfəlik dayanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Uşaq liqalarında mövsümün bitirilməsinə səbəb koronavirus pandemiyasıdır. Bu qərar Portuqaliyada peşəkar futbol liqalarına aid deyil.
 
Mövsüm bitirilmiş liqalarda çempion müəyyən olunmayacaq və yalnız yüksək liqaya yüksələn komandalar bilinəcək.
 
Portuqaliyada koronavirusdan 76 nəfər ölüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest