Uruqvay Futbol Federasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə müqaviləni dondurub.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.
 
Bildirilib ki, 73 yaşlı mütəxəssislə müqavilə koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar dondurulub. Tabareslə yanaşı, qurumun daha 400 əməkdaşı da eyni aqibətlə üzləşib. 
 
Federasiyanın bu qərarla aylıq təxminən 600 min ABŞ dolları məbləğində qənaət edəcəyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest