Almaniyanın "Şalke" klubunun futbolçuları koronavirus pandemiyası səbəbiylə məvaciblərinin bir qismindən imtina ediblər.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, futbolçuların iyunun 30-na qədər olan məvaciblərinin bir hissəsindən imtina etdikləri bildirilib.
 
Bundesliqada daha əvvəl "Borussiya" (Münhenqladbax) və "Yunion" klubunun futbolçuları koronavirusa görə məvaciblərinin bir hissəsindən imtina etmişdilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest