"Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirus pandemiyasına görə məvacibinin azaldılmasına razıdır.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb.
 
Xəbərdə, Ronaldonun bir illik məvacibinin bir hissəsindən imtina edəcəyi bildirilib. Bu məbləğ təxminən 4 milyon avroya yaxındır.
 
"Yuventus"da Ronaldo ilə yanaşı, Canluici Buffon, Corco Kyellini və Leonardo Bonuççi də məvaciblərinin bir hissəsindən imtina etməyə hazırdırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest