Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev özünə yeni klub tapıb.

Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının və "Sumqayıt"ın sabiq futbolçusu Dmitri Nağıyev özünə yeni klub tapıb. Matc.az xəbər verir ki, o, bundan sonra Moldovanın "Dinamo-Avto" klubunun uğurları üçün çalışacaq. Bu barədə yerli mətbuat xəbər yayıb.

Bildirilib ki, 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Ukrayna vətəndaşlığı da olan Nağıyevin son klubu Litva "Stumbras"ı olub. Futbolçu 2018-ci ildə "Sumqayıt"ın formasını geyinib. "Dinamo-Avto"da daha əvvəl "Bakı" klubunun yetirməsi Nurlan Novruzov da çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest