"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıtmağa hazırdı. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu futbolçunun meneceri Mina Rayola deyib.

O bildirib ki, superulduz yenidən "Milan"ın formasını geyinə bilər: "İndiki durumda bu keçid real görünmür, çünki klubla danışıqlar aktual deyil. Ancaq "Milan"da, nəhayət ki, normal insanlar çalışır. Mən onların üzünə qapını bağlamıram. Zlatan "Milan"da uğurlu dönəm keçirib. Onun ürəyi bu klubla qalıb. "Milan" və ya başqa bir klub onunla anlaşa bilər".

Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest