"Keşlə"nin hücumçusu Lorenso Frutos Azərbaycanda koronavirus dövründə keçirdiyi günlərdən danışıb. Matc.az xəbər verir ki, ölkəsi Paraqvay mətbuatına danışan futbolçu bunları deyib:

"Burada hər şey dayanıb, hər yer bağlıdı. çempionat və məşqlər təxirə salınıb. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Mümkün qədər evdə hazırlığı davam etdirməyə cəh edirik. Ancaq təbii ki, istədiyimiz keyfiyyəti vermir. Turnir cədvəlində 3-cü pillədəyik. Hədəfimiz avrokukoblara vəsiqə qazanmaqdır. Azərbaycanda özümü çox rahat hiss edirəm".

Qeyd edək ki, Frutos 6 qolla "Keşlə"nin ən çox fərqlənən futbolçusudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest