"Bütün oyunu rəqib diktə elədi. Bacardığımız qədər müdafiə olunmağa çalışdıq". Matç.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.

Topaz Premyer Liqasının XII turunda "Qarabağ"ın qonağı olan debütant çempionu büdrətməyi bacarıb - 1:1

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Əhmədovun şərhi belə olub: "Tam ürəyimcə olmadı. Əks-hücumlardan istifadə edə bilmədik. Rəqibdən yenə də 1 xal ala bildik. Rəqib güclüdü, keyfiyyətli futbolçuları var. 1:1 hesabı bizim üçün qələbəyə bərabərdi. çünki çox çətin idi".

- Deviçin durumu nə yerdədi?

- Həftənin birinci günü komanda ilə məşqlərə başlayacaq. Növbəti oyunda iştirak edə bilər.

- Bugünkü durumunuz nəyə imkan verir?

- İlk turdan məqsəd Premyer Liqada qalmaq idi. Pis başladıq, 4 oyunda 9 xal yığdıq, hamı bizdən çox şey tələb etməyə başladı. Hələ deyirdim ki, bəlkə bir az yavaşlayaq. Uşaqlar vuruşurlar. Futboldan ləzzət alacaq oyun yoxdu. Sürətli hücumlara keçə bilmiriksə, necə ləzzət alaq?

- Hansı komanda ilə arzularınızı gerçəkləşdirə bilərsiniz?

- Onu baxarıq. Bizə ən azı 4-5 yeni futbolçu lazımdı. Mənim istədiyim futbol bu deyil. Bu oyunçularla bu işə giririksə, qoyub qaça da bilmərik. Amma tam ürəyimcə deyil. Ancaq digər tərəfdən çempionatda yalnız "Qarabağ", "Neftçi" və "Qəbələ"yə qarşı çətinlik çəkirik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest