Məlumata görə, əgər koronavirus İspaniyada eyni sürətlə yayılmağa davam edərsə, o zaman qrum rəsmiləri çempionatın erkən bitirilməsinə qərar verə bilər. Bu halda isə turnir cədvəlində lider olan komanda çempion elan olunacaq

La Liqa rəhbərliyi mövsümün başa çatması üçün müxtəlif variantları nəzərdən keçirir. Matc.az xəbər verir ki, təşkilatçılar koronavirus epidemiyası üzündən dayanan liqanın davam etməsinin yollarını axtarır.

Bildirilir ki, bunun üçün 3 variant müzakirə olunur: mövsümü mayda başladıb 15 iyulda bitirmək,çempionata iyulun sonunda başlamaq və ya sentyabra kimi gözləmək. Qarşılaşmaların isə hər üç gündən bir oynanılması nəzərdən keçirilir. Hazırda bu fikirlər üstündə müzakirələr aparılır. Təşkilatçıların yekun qərarı klublarla keçiriləcək toplantıdan sonra verəcəyi gözlənilir.

Məlumata görə, əgər koronavirus İspaniyada eyni sürətlə yayılmağa davam edərsə, o zaman qrum rəsmiləri çempionatın erkən bitirilməsinə qərar verə bilər. Bu halda isə turnir cədvəlində lider olan komanda çempion elan olunacaq.  

Qeyd edək ki, 27 turdan sonra "Barselona" 58 xalla birinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest