"Oyun gərgin olduğuna görə əsəbləşmişdim. Son saniyələrdə künc zərbəsindən qol buraxa bilərdik. Səbəb bu idi"

"çox ciddi hazırlaşmışdıq. Fasilədə çalışdıq ki, çatışmazlıqlarımızı aradan qaldıraq. Tərlan Əhmədovun gəlişindən sonra "Keşlə" yüksəlişdə idi. Onları yaxşı təhlil etmişdik". Matç.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XII turunda səfərdə "Keşlə" ilə qarşılaşan "qırmızı-qaralar" matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

Oyundan sonra təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşən Qurbanov daha sonra sualları cavablandırıb: "Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Bu, məni sevindirdi. Azarkeşlərimizi və komandanı təbrik edirəm. Qələbə üçün alışıb-yanırdıq. çalışdıq ki, bu, bizə ziyan verməsin və futbolçuları düzgün kökləyə bilək".

- Hər an qol buraxa və üstünlüyü əldən verə bilərdiz. Ancaq əks-hücum imkanlarından yararlana bilmirdiz...

- Daha böyük hesabla qələbə qazana bilərdik. Bunu tələskənliklə əlaqələndirərəm. Bir top fərqi ilə öndə idik və bu, gərginlik yaradırdı.

- Final fitindən sonra əsəbi görünürdüz...

- Oyun gərgin olduğuna görə əsəbləşmişdim. Son saniyələrdə künc zərbəsindən qol buraxa bilərdik. Səbəb bu idi.

- Ceyms Adeniyi cəzalı duruma düşdü və növbəti matçda oynamayacaq. Bu, sizə necə təsir edəcək?

- Son dönəmlərdə formadadı. önəmli futbolçudu, amma onu əvəzləyə biləcək oyunçularımız var. Məşqlər əsasında onu kimin əvəzləyəcəyinə qərar verəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest