"Borussiya"nın hücumçusu Erlinq Holandın atası Alf İnqe Holand futbolçunun karyerası barədə danışıb. Matc.az xəbər verir ki, o, oğlunun "Mançester Yunayted"dən təklif aldığını bildirib:

"Holandın qışda Premyer Liqaya getmək şansı var idi. "Mançester Yunayted"dən ona təklif gəlmişdi.  Ancaq hansı komandada uğur qazanacağınızı bilmək olmur. Getdiyiniz yerdə baş məşqçi ilə yanaşı, hər kəs sizi istəməlidir. Klubların son illərdəki nəticələrinə baxanda hara getməli olduğunuz dəqiq görsənir. Bunlar çox vacibdir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest