"Yuventus"un sabiq prezidenti Covanni Kobolli Ciqli koronavirus pandemiyası üzündən İtaliyanı tərk edən futbolçuları  tənqid edib. Matc.az xəbər verir ki, o, Turin təmsilçisində nizam-intizam olmadığını bildirib:

"Belə vaxtda kimisə tənqid etmək istəmirəm. Ancaq oyunçuların İtaliyadan niyə ayrıldığını başa düşmürəm. Ümid edirəm ki, ən qısa müddətdə geri qayıdarlar. Onların işə davam etməsi çətin olacaq, hələ 14 gün karantində qalmalı olacaqlar. Ronaldo “Yuventus”dan ayrılandan sonra işlər daha da çətinləşdi. Anasının yanına getdiyini desə də, gözündə eynək baseni ətrafından şəkillər paylaşır. Onun üçün güzəşt edildi. Daha sonra İquain və başqaları klubdan ayrıldı. Hamısı “İnter”in futbolçuları kimi “Yuventus”da qalmalı idi. Açığı, Canni Aqnelli, Umberto Aqnelli və Bonipertin rəhbərlik etdikləri dönəmlər üçün darıxıram. Onlar klubda yaxşı nizam-intizam yaradırdılar. Uzun saçlı oyunçuların saçlarını necə kəsdiklərini xatırlayıram”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest