"Yuventus"un hücumçusu Kriştiano Ronaldo və meneceri Jorje Mendeş koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo və Mendeş Portuqaliyada pandemiya ilə mübarizə aparan xəstəxanalara 1 milyon avro məbləğində yardım ediblər.
 
Daha əvvəl "Barselona"nın kapitanı Lionel Messi və "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola da pandemiya ilə mübarizə üçün maddi yardımla yadda qalmışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest