Almaniya II Bundesliqasında XIV tur davam edir. Matç.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun komandası "Erzgebirge" də növbəti oyununu keçirib.

Aue təmsilçisi səfərdə "Bohum"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar yığmamızın düşərgəsində olmuş Nazarov qarşılaşmanı ehtiyat oyunçular skamyasında izləyib.

Qeyd edək ki, 14 oyundan sonra aktivində 14 xal olan və son 3 matçını məğlubiyyətlə tamamlamış "Erzgebirge" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest