"Napoli"nin hücumçusu Arkadiuş Milik klubdan ayrılmağa yaxındır. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi müqaviləsi  2021-ci ildə bitəcək futbolçunu indidən satmağa hazırdır. "Napoli" 26 yaşlı forvardın satışından 50 milyon avro qazanmağı düşünür. Miliklə "İnter" və "Milan"nın maraqlandığı iddia edilir. Karyerasını hansı klubda davam etdirəcəyinə isə oyunçu özü qərar verəcək. 

Futbolçu cari mövsüm A Seriyasında 16 oyun keçirib və 9 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest